Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Türkiyədə toyda kütləvi dava - 9 yaralı
 
						Türkiyədə toyda kütləvi dava 
							 - 9 yaralı
Əlavə olunub: 04.02.2025 | 10:20 | Baxılıb: 1628
Türkiyənin Adıyaman şəhərində toyda kütləvi dava baş verib. 

“sirin.az” “Yeni Şafak”a istinadən xəbər verir ki, hadisə şəhərin Besni adlı bölgəsində qeydə alınıb.

Belə ki, kənd meydanında baş tutan toy zamanı iki qrup arasında mübahisə daha sonradan davaya çevrilib. Tərəflərin bir-birinə bıçaq və digər predmetlərlə hücum etməsi nəticəsində 9 nəfər yaralanıb.

İnsidentdə iştirak etməkdə şübhəli bilinən 15 nəfər saxlanılıb. Davanın səbəbi isə açıqlanmayıb.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.