Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.20.2025 | 11:44 | Baxılıb: 800
Polşanın Baş naziri Donald Tuskun “Vətəndaş Koalisiyası”na daxil olan “Vətəndaş Platforması” partiyasının ofisinə hücum edilib. 

“sirin.az” Polşanın “TVN24” telekanalına istinadən xəbər verir ki, Varşavada yerləşən ofis binasına içində alışan maddə olan butulka atılıb.

Hadisə zamanı yanğının baş verməsinin qarşısını almaq mümkün olub. Hücumda iştirak edən iki nəfərdən birini polis saxlayıb. Həmin şəxsin daha əvvəl D.Tuska qarşı hədələr səbəbindən məsuliyyətə cəlb edildiyi müəyyən olunub. 

Hadisə ilə bağlı araşdırma aparılır.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.