Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Üç ay sonra parlamentə gəldi
 
						Üç ay sonra parlamentə gəldi
Əlavə olunub: 04.22.2025 | 11:26 | Baxılıb: 7360
Milli Məclisin növbəti plenar iclası başlayıb.

“sirin.az” xəbər verir ki, son 7 plenar iclasda iştirak etməyən millət vəkili Siyavuş Novruzov da bu gün keçirilən iclasa qatılıb.

Maraqlıdır ki, ötən gün saytımızda deputatın harada olmağı ilə bağlı yazıdan sonra o, 3 aylıq fasiləyə az qalmış parlamentə gəlib. 

Sonuncu dəfə fevralın 3-də Milli Məclisdə olan deputat hazırda gedən müzakirələrdə iştirak edir. 

Qeyd edək ki, ötən gün parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov saytımıza açıqlamasında Siyavuş Novruzovun icazəli olduğunu bildirmişdi.

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.