Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
UEFA Azərbaycan klublarına vəsait ayırdı - Siyahı
 
						UEFA Azərbaycan klublarına vəsait ayırdı 
							 - Siyahı
Əlavə olunub: 04.22.2025 | 19:25 | Baxılıb: 3100
UEFA Avropanın bütün 55 milli assosiasiyasının üzv olan 901 kluba maddi vəsait ayırıb.

“sirin.az” xəbər verir ki, bu barəqə qitənin ali futbol qurumunun bu gün açıqladığı hesabatda bildirilib. 

Vəsaitin ümumi məbləği 233 milyon avro təşkil edir. Onların sırasında elit və aşağı liqa təmsilçiləri var. Vəsait klublara futbolçularının UEFA-nın milli komanda turnirlərində - 2020/21 və 2022/23 Millətlər Liqası, “Avro-2024”ün seçmə və final mərhələlərində iştirakına görə ayrılıb.

Azərbaycana 1 milyon 717 min avro ayrılıb ki, bu da Avropada milli komandalara futbolçu göndərən klublarımız arasında bölünüb.

Siyahıya “Qarabağ” başçılıq edir. Ağdam klubunun qazancı  681 min 574 avro təşkil edib. Sonrakı yerləri “Sabah” (292 min 720 avro) və “Neftçi” (241 min 494 avro) tutub.

UEFA-nın hesabatına görə, Azərbaycan klublarına aşağıda qeyd edilən miqdarda vəsait ayrılıb (Sənəd UEFA-nın hesabatından götürülüb):

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.