
“sirin.az” xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Bildirilib ki, klub bu ilin sentyabr ayında 2022-2025-ci illər dövrünü əhatə edən araşdırmanın başladılması barədə UEFA-dan rəsmi bildiriş alıb. İstintaqın nəticələri və yekun qərarın 2026-cı ilin yazında açıqlanacağı gözlənilir. Əgər “Yuventus”un qaydaları pozduğu təsdiqlənsə, klub maliyyə sanksiyaları və digər cəzalara məruz qala bilər.
Xatırladaq ki, Turin təmsilçisi 2023-cü ildə də oxşar maliyyə pozuntularına görə 20 milyon avro məbləğində cərimələnmişdi və müəyyən idman sanksiyalarına məruz qalmışdı.