Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.11.2025 | 16:05 | Baxılıb: 3403
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunda yer alan Ukrayna-Azərbaycan oyununu avstriyalı hakimlər briqadası idarə edəcək.

“sirin.az” xəbər verir ki, bu haqda UEFA-nın rəsmi saytında məlumat verilib.

Belə ki, oyunun baş hakimi Sebastyan Qisxamer olacaq.

Yan hakimlər isə Roland Riedel və Santino Şraynerdir. Dördüncü hakim funksiyası Valter Altmanna, VAR sistemi isə Manuel Şüttengruber və Kristian-Petro Çokirkoya həvalə ediləcək.

Qeyd edək ki, Ukrayna-Azərbaycan oyunu oktyabrın 13-də Polşanın Krakov şəhərində keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.