“sirin.az” xəbər verir ki, bu barədə diplomat “The Times”a müsahibəsində danışıb.
“Bunu İkinci Dünya müharibəsindən sonra Berlindəki kimi etmək olar. O zaman rus zonası, fransız zonası, Britaniya zonası, ABŞ zonası var idi”, - deyə Kelloq bildirib.
Lakin onun bu açıqlaması birmənalı qarşılanmayıb və müzakirələrə səbəb olub.
Diplomat sosial şəbəkə hesabında Britaniya qəzetinin onun sözlərini təhrif etdiyini, Ukrayna ərazisinin bölünməsini nəzərdə tutmadığını açıqlayıb:
“The Times”in məqaləsində dediklərim təhrif olunub. Mən Ukraynanın suverenliyini dəstəkləmək üçün atəşkəsdən sonra sabitliyi təmin edən qüvvələr haqqında danışırdım. Bölünməni müzakirə edərkən müttəfiq qüvvələrin (Amerika qoşunları olmadan) məsuliyyət zonalarını nəzərdə tuturdum. Mən Ukraynanın bölünməsini nəzərdə tutmamışdım”.