Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ukrayna Ərdoğana təşəkkür etdi
 
						Ukrayna Ərdoğana təşəkkür etdi
Əlavə olunub: 04.11.2025 | 02:41 | Baxılıb: 1995
“Ukrayna ədalətli, hərtərəfli və davamlı sülhə nail olmaq üçün bu il müharibəyə son qoymağa çalışır”.

“sirin.az” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Antalyada Ukrayna icması ilə görüşündə deyib.

“Ukrayna dünyanın bütün ölkələrindən sülhə daha çox can atır. Biz bu müharibəyə bu il son qoymaq istəyirik. Biz Ukrayna üçün ədalətli, hərtərəfli, davamlı sülhə nail olmaq istəyirik”, - deyə Sibiqa qeyd edib.

Nazir köməyə görə Türkiyəyə, Prezident Ərdoğana və türk xalqına minnətdarlığını bildirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.