“sirin.az” Ukrayna mediasına istinadən xəbər verir ki, küçədə naməlum şəxs tərəfindən ona tapançadan güllə atılıb.
Ali Radanın keçmiş deputatı İqor Mosiyçukun sözlərinə görə, həmin şəxs səsboğucu ilə uzaq məsafədən ona 5 dəfə atəş açıb və cinayət yerindən qaçıb. Polkovnik isə yerindəcə keçinib.
Qeyd olunur ki, 50 yaşlı İ. Voroniç ötən il noyabrından Ukrayna Təhlükəsizlik Xidmətinin 16-cı Baş İdarəsinin 1-ci şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində çalışırmış.