Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Ukraynada döyüşən çinlilərlə bağlı Rusiya XİN-dən açıqlama
 
						Ukraynada döyüşən çinlilərlə bağlı Rusiya XİN-dən açıqlama
Əlavə olunub: 04.12.2025 | 09:28 | Baxılıb: 4037
“Çin vətəndaşlarının Ukraynada döyüşməsi ilə bağlı deyilənlər tamamilə həqiqətə uyğun deyil”.

“sirin.az” TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbərinin müavini Andrey Rudenko deyib.

“Deyə bilərəm ki, bu, tamamilə yalandır. Çin Ukraynadakı nizamlanma ilə bağlı çox düşünülmüş, balanslaşdırılmış və təsdiqlənmiş mövqe tutur. Biz buna görə dostlarımıza minnətdarıq”, - deyə, o bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl ukraynalı hərbçilər Rusiya ordusunun tərkibində döyüşən iki Çin vətəndaşını Donetsk vilayətində əsir götürüblər. KİV-də buna dair görüntülər də yayılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.