Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.16.2025 | 15:58 | Baxılıb: 3719
Rusiya-Ukrayna müharibə zonasında həlak olan azərbaycanlı hərbçi dəfn edilib.

“sirin.az” xəbər verir ki, əslən Şirvan şəhərindən olan Ukrayna vətəndaşı 30 yaşlı Faiq Şofel (anasının soyadını götürüb) Odessadakı “Zabitlər evi”ndə keçirilən mərasimdən sonra torpağa tapşırılıb.

Yerli rituallarla keçirilən mərasimdə mərhumun ailə üzvləri, döyüş yoldaşları, Azərbaycan icmasının üzvləri iştirak edib.

Qeyd edək ki, Faiq Şofel 3 gün əvvəl Dnipropetrovsk vilayətində döyüş tapşırığını yerinə yetirərkən həyatını itirib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.