Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Ukraynanın güzgüsü əyri çıxdı”
 
						“Ukraynanın güzgüsü əyri çıxdı”
Əlavə olunub: 04.21.2025 | 08:35 | Baxılıb: 3922
“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin aprelin 19-da elan etdiyi Pasxa barışığına cavab olaraq “güzgü prinsipi” ilə davranacağını vəd edib, lakin güzgü əyri çıxıb”. 

“sirin.az” TASS-a istinadən xəbər verir ki, bu sözləri Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin rəhbəri Leonid Slutski deyib.

“Kiyev sülhməramlı “HALO Trust” (minalardan təmizləmə təşkilatı - red) kimi görünmək cəhdi ilə Qərbin gözünə toz atır. Kiyevə heç bir inam yoxdur. Ukrayna rejimi dəfələrlə siyasi razılaşmalara əməl edə bilmədiyini nümayiş etdirib”, - o bildirib.

Qeyd edək ki, aprelin 19-da Vladimir Putin Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimovla görüşündə aprelin 21-i Moskva vaxtı ilə saat 00:00-a qədər bütün hərbi əməliyyatların dayandırıldığını elan edib və Kiyevi də eyni addımı atmağa çağırıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.