“sirin.az” xəbər verir ki, bu barədə Almaniya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Berbok jurnalistlərə açıqlamasında Ukraynaya dəstək üçün daha 130 milyon avro ayrıldığını açıqlayıb: “Bu gün biz humanitar yardım və sabitləşdirmə fondlarına əlavə olaraq 130 milyon avro ayırırıq”.
Qeyd edək ki, bu, Berbokun Ukraynaya nazir kimi fəaliyyətə başladıqdan sonra 11-ci, Rusiyanın xüsusi hərbi əməliyyata başlamasından bəri isə 9-cu səfəridir.
Xatırladaq ki, o, 2021-ci ilin dekabrından Almaniya XİN-ə rəhbərlik edir.