
“sirin.az” xəbər verir ki, bu haqda “Mundo Deportivo” məlumat yayıb.
İşə kiçik cinayətlər üzrə ixtisaslaşmış Rio-de-Janeyro Xüsusi Cinayət Məhkəməsi baxır. İstintaq futbolçunun üç gün (19-21 iyul) ad gününü qeyd etdiyi yerin yaxınlığında yaşayan qonşunun şikayəti əsasında başlanıb.
Məlumata görə, xüsusi olaraq icarəyə götürülmüş malikanədə ümumilikdə 500-ə yaxın qonaq olub.
Narahatlıqdan şikayətçi olan şəxs polisə zəng etdiyini bildirib.
Braziliya qanunlarına görə, “dincliyi və ya iş mühitini pozmaq” 15 gündən 3 aya qədər həbs cəzası və ya cəriməni nəzərdə tutur.
Məhkəmə noyabrın 6-na təyin edilib.