Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.07.2025 | 16:23 | Baxılıb: 4638
Vaqif Qurbanova “Milli Qəhrəman” adı verilib.

“sirin.az” xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama əsasən, Azərbaycan Silahlı Qüvvələrinin ilk hərbi təyyarəçisi baş leytenant Qurbanov Vaqif Bəxtiyar oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif edilib.

Qeyd edək ki, Vaqif Qurbanov 1992-ci ildə şəhid olub.

***

Həmin Sərəncama əsasən, Azərbaycanın müstəqilliyinin, ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdikləri igidliyə görə aşağıdakı şəxslər də təltif ediliblər:

“Azərbaycan Bayrağı” ordeni ilə

Quliyev Akif Bayram oğlu – ehtiyatda olan baş gizir.

“İgidliyə görə” medalı ilə

Binyətov Gülbudağ Əli oğlu – ehtiyatda olan polkovnik-leytenant;

Əliyev Bəşir İman oğlu – ehtiyatda olan mayor;

Cəlilov Elman Səyyad oğlu – ehtiyatda olan kapitan;

Şalbuzov Tofik Şıxbala oğlu – ehtiyatda olan baş gizir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.