“sirin.az” xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Əraqçi “NBC News”a bildirib.
A. Əraqçi İranın regiondakı Amerika hərbçiləri də daxil olmaqla, cavab zərbələri endirib-endirməyəcəyi ilə bağlı sualı cavablandıran zaman, “Müharibə olanda hər iki tərəf bir-birinə hücum edir. Bu başa düşüləndir. Özünümüdafiə hər bir ölkənin qanuni hüququdur”, - deyib.
O, əmin olduğunu bildirib ki, ABŞ Prezidenti Donald Tramp istəsə, bir telefon danışığında İsraili İrana hücumu dayandırmağa razı sala bilər:
“Bütün bunlara son qoymaq üçün Vaşinqtondan Təl-Əvivə zəng etmək kifayətdir”.