Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.20.2025 | 16:04 | Baxılıb: 526
ABŞ vitse-prezidenti Ceyms Devid Vens sabah İsrailə səfər edəcək.

“sirin.az” xəbər verir ki, bu barədə Təl-Əvivdə yerləşən Ben Qurion Beynəlxalq Hava Limanının Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Vensin səfəri ilə əlaqədar olaraq, oktyabrın 21-i yerli vaxtla saat 10:30-13:30 aralığında həyata keçirilməli olan bəzi reyslərin terminalının dəyişdirilməsi planlaşdırılır.

Qeyd edək ki, hələlik nə Ağ Ev, nə də İsrail Baş nazirinin ofisi səfəri təsdiq edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.