Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Verilişinə köhnə sevgilisini çağırdı - Gündəm oldu
 
						Verilişinə köhnə sevgilisini çağırdı 
							 - Gündəm oldu
Əlavə olunub: 03.08.2025 | 00:31 | Baxılıb: 6290
Türkiyəli məşhur fenomen Danla Bilic keçən il ayrıldığı sevgilisi reper Emirhan Çakalı yutubda yayımlanan verilişinə dəvət edib.

“sirin.az” xəbər verir ki, reper səmimi açıqlamalar verib və Danla Biliçin dostlarından birini sevmədiyini etiraf edib.

O keçmiş sevgilisinə üz tutaraq ayrılıq səbəbini soruşub:

“Niyə ayrıldıq, Danla? Ətrafında sevmədiyim tək bir insan var. Və sən onu çox yaxşı tanıyırsan”.

Onun adını çəkdiyi şəxsin kimliyi səsə qoyulan senzura səbəbilə eşidilməsə də, daha sonra görüntüdə “Cemal” adını dediyi izləyicilərin diqqətindən yayınmayıb.

Məlum olub ki, söhbət “Survivor” çempionu Cemal Can Cansevendən gedir.

Xatırladaq ki, Cemal, cütlüyün ayrılıq xəbəri yayılmazdan bir neçə gün öncə Danla və Emirhan ayrılacağı ilə bağlı ipucu vermişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.