Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Viktor Valdes yenidən futbola qayıtdı
 
						Viktor Valdes yenidən futbola qayıtdı
Əlavə olunub: 04.25.2025 | 07:30 | Baxılıb: 2618
İspaniya millisinin və “Barselona”nın sabiq qapıçısı Viktor Valdes 4 illik fasilədən sonra məşqçi karyerasına qayıdıb.

“sirin.az” xəbər verir ki, 43 yaşlı mütəxəssis İspaniya IV liqasında çıxış edən “Real Avila” klubunda baş məşqçi postuna gətirilib. 

O, klubla 1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Valdesin son iş yeri 2020/21 mövsümündə rəhbərlik etdiyi “Hurta” klubu olub.

O, futbolçu karyerasını 2017-ci ildə başa vurub. Valdes 2002-2014-cü illərdə “Barselona”da çıxış edib. O, Kataloniya təmsilçisinin heyətində 6 dəfə İspaniya çempionatını qazanıb, 3 dəfə Çempionlar Liqasının, 2 dəfə isə klublararası dünya çempionatının qalibi olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.