Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Vosmoy bazarı”nın adı dəyişdirildi
 
						“Vosmoy bazarı”nın adı dəyişdirildi
Əlavə olunub: 07.17.2025 | 18:07 | Baxılıb: 10539
Bakının Nizami rayonunda yerləşən “8-ci km Ticarət Mərkəzi”nin adı dəyişdirilib.

“sirin.az” İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bazar “Riko Group” Məhdud Məsuliyyətli Cəmiyyətinin idarəçiliyinə verilib.

Ticarət Mərkəzi artıq bir müddətdir ki, fəaliyyətini “Riko” adı ilə davam etdirməyə başlayıb. 

Xatırladaq ki, “8-ci km Ticarət Mərkəzi” MMC 2000-ci ildə yaradılıb. 2023-cü ilin sonlarında “8-ci km Ticarət Mərkəzi” MMC (VÖEN -1600015371) ləğv olunduğunu elan edib və şirkət vergi ödəyicisi kimi ləğv olunub. Eyni zamanda həmin vaxt bazarın yeni adla fəaliyyət göstərəcəyi bildirilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.