Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.28.2025 | 19:08 | Baxılıb: 916
Vyetnamda bir gündə rekord miqdarda yağıntı qeydə alınıb.

“sirin.az” “APNews”a istinadən xəbər verir ki, şiddətli yağışlar Vyetnamın mərkəzi hissəsində daşqınlara səbəb olub.

Belə ki, evləri, əkin sahələrini və tarixi Hue və Hoi An şəhərləri də daxil olmaqla turizm sahələrini su basıb.

Ölkənin meteorologiya departamentinin məlumatına görə, oktyabrın 27-də axşam saatlarında YUNESKO-nun Ümumdünya İrsi siyahısına daxil edilmiş Hue şəhərində yağıntının miqdarı 24 saat ərzində 1085 mm-ə çatıb.

Bu, Vyetnamda indiyə qədər qeydə alınan ən yüksək göstəricidir.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.