
“sirin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Əli Xamenei 1979-cu ildə Tehranda ABŞ səfirliyinin ələ keçirilməsinin ildönümünə həsr olunmuş tələbələrlə görüşündə danışıb.
“ABŞ-nin İsraili dəstəkləməyə davam etməsini, regionda bu ölkənin hərbi bazalarının mövcud olmasını və onların regionun işlərinə müdaxilə etməsini nəzərə alsaq, Vaşinqton ilə Tehran arasında əməkdaşlıq mümkün deyil”, - o qeyd edib.
Xameneinin sözlərinə görə, Tehran və Vaşinqton arasındakı bütün ziddiyyətlərin “Amerikaya ölüm!” şüarında gizləndiyini düşünmək sadəlövhlükdür:
“İran İslam Respublikası və Birləşmiş Ştatlar arasındakı ziddiyyətlər - iki cərəyanın maraqlarının toqquşması və fundamental ziddiyyətlərdir”.