Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Xameneinin öldüyü deyilən müşaviri sağ imiş...
 
						Xameneinin öldüyü deyilən müşaviri sağ imiş...
Əlavə olunub: 06.20.2025 | 11:53 | Baxılıb: 2556
İsrailin İrana zərbələri nəticəsində həlak olduğu bildirilən İranın ali rəhbərinin müşaviri Əli Şamxani sağdır.

“sirin.az” “Mehr” agentliyinə istinadən xəbər verir ki, Şamxani həyatda olması ilə bağlı bəyanat yayıb. 

Onun sözlərinə görə, hücum zamanı həlak olmayıb və hazırda xəstəxanada müalicə alır.

Şamxaninin vəziyyətinin stabil olduğu qeyd olunub.

Xatırladaq ki, iyunun 13-də İsrailin İrana qarşı başlatdığı əməliyyat çərçivəsində Əli Şamxaninin yaralanması, daha sonra isə vəfat etməsi ilə bağlı məlumat yayılmışdı. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.