Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Xameneinin yerinə varis seçilir - İki namizəd var
 
						Xameneinin yerinə varis seçilir 
							 - İki namizəd var
Əlavə olunub: 06.23.2025 | 18:25 | Baxılıb: 9158
İsrail və ABŞ-nin təhdidlərindən sonra İranın Ali rəhbəri Əli Xameneinin varisini müəyyən edəcək komissiya öz işini sürətləndirib. 

Bu barədə “sirin.az” “Reuters”ə istinadən xəbər verir.

Yüksəksəviyyəli təhlükəsizlik rəsmisi bildirib ki, Xamenei ailəsi ilə birlikdə gizlənib və İnqilab Keşikçiləri Korpusunun təyinatlı bölməsi tərəfindən qorunur.

Mənbənin məlumatına görə, aparılan müzakirələrdən sonra iki öndə gedən şəxsin namizədliyi irəli sürülüb. Bunlardan biri Xameneinin 56 yaşlı oğlu Müctəba və Xomeyninin nəvəsi Həsəndir.

Qeyd edək ki, Ali lider vəfat edərsə, İran konstitusiyası 88 üzvdən ibarət Ekspertlər Assambleyasının varis seçməsini tələb edir. Xameneinin özü 1989-cu ildə seçiləndən sonra proses yalnız bir dəfə tətbiq edilib.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ Prezidenti Donald Tramp Xameneinin “asan hədəf” olduğunu bildirərək, hələlik onun öldürülməsinə lüzum duymadığını deyib.

İsrailin Baş naziri Benyamin Netanyahu Ali lideri hədəf almağı istisna etməyib və deyib ki, “Onun ölümü münaqişəni sona çatdıracaq”.

İsrailin müdafiə naziri İsrael Katz isə bəyan edib ki, Xameneinin İsraildəki xəstəxanaya “vur” əmrindən sonra onun varlığına icazə verilə bilməz.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.