Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Xanımı ilə Bakıya gəldi - Fotolar
 
						Xanımı ilə Bakıya gəldi 
							 - Fotolar
Əlavə olunub: 05.07.2025 | 16:13 | Baxılıb: 3268
Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam bu gün Azərbaycana dövlət səfərinə gəlib.

“sirin.az” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamı və xanımı No Fon Lini hava limanında Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.