Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Xankəndidə daha bir məktəb açılacaq
 
						Xankəndidə daha bir məktəb açılacaq
Əlavə olunub: 05.13.2025 | 11:58 | Baxılıb: 1420
“Biz Xankəndidə artıq ikinci məktəbin açılışını planlayırıq”.

“sirin.az” xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar keçirilən “Ən yaxşı təqdimat” müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimində deyib.

Nazir bildirib ki, işğaldan azad edilmiş ərazilərdə 20 təhsil müəssisəsi fəaliyyət göstərir: “2300 şagird, 200-ə yaxın azyaşlı uşaq bağçaya gedir. Məktəblərin tikinti prosesi də davam edir. Xankəndidə açdığımız 4 nömrəli məktəb isə dolub. 2026-cı ildə yeni təhsil müəssisələrinin açılışını planlaşdırırıq”.

Fidan Etibar

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.