
“sirin.az” nazirliyin məbuat xidmətinə istinadla xəbər verir ki, şəhərin əsas küçə və prospektlərində, idman obyektinin yerləşdiyi ərazidə ictimai asayişin qorunması, iştirakçıların və tamaşaçıların təhlükəsizliyinin təmin edilməsi üçün fasiləsiz xidmət təşkil olunub.
Polis əməkdaşları tərəfindən oyunlara qatılan yerli və xarici idmançılarla yanaşı, qonaqların rahatlığını təmin etmək məqsədilə nəqliyyatın hərəkəti tənzimlənib, insanların sərbəst və təhlükəsiz gediş-gəlişinə şərait yaradılıb.






