Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Xəbərdarlığa baxmayaraq Moskvaya gedəcək
 
						Xəbərdarlığa baxmayaraq Moskvaya gedəcək
Əlavə olunub: 04.15.2025 | 15:00 | Baxılıb: 5460
Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada keçiriləcək paradda iştirak edəcək.

“sirin.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan bildirib.

Belə ki, Simonyan jurnalistlərin Paşinyanın Böyük Vətən müharibəsində qələbənin 80-ci ildönümü münasibətilə keçiriləcək paradda iştirak üçün Rusiyaya səfərinə Brüsselin necə reaksiya verəcəyi ilə bağlı suala cavab verərkən deyib:

“Bu, həmçinin bizim qələbəmizdir, bir çox erməni müttəfiqlərin ordularında döyüşüb. Paşinyanın mayın 9-da Moskvaya səfəri Avropa İttifaqı və yaxud digər məsələlərlə əlaqəli deyil”.

Xatırladaq ki, daha əvvəl, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas mətbuat konfransında bildirib ki, mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradında iştirak edəcək Aİ-yə üzv ölkələr və İttifaqa qoşulmaq istəyən ölkələr ciddi nəticələrlə üzləşəcəklər. O qeyd edib ki, Avropa İttifaqına üzv olmağa namizəd olan ölkələr paradda iştirakdan çəkinmək barədə göstərişlər alıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.