sirin.az” xəbər verir ki, bu haqda XİN sosial şəbəkə hesablarında yazıb.
“Bu gün, növbəti mina partlayışı nəticəsində kiçik yaşlı uşaqlar da daxil olmaqla 4 Azərbaycan vətəndaşı ağır yaralanıb. 2020-ci il müharibəsindən bəri Ermənistanın mina çirklənməsi səbəbindən 392 nəfər ya həlak olub, ya da yaralanıb. Biz beynəlxalq ictimaiyyəti minaəleyhinə fəaliyyətin aktuallığını tanımağa, davam edən minatəmizləmə səylərində Azərbaycanın yanında olmağa, o cümlədən günahsız insanların həyatını təhlükə altına almaqda davam edən və münaqişədən sonrakı bərpaya mane olan Ermənistanı məqsədyönlü və genişmiqyaslı minalarla çirklənməsinə görə məsuliyyətə cəlb etməyə çağırırıq” – XİN qeyd edib.
Xatırladaq ki, bu gün Cəbrayıl və Ağdam rayonlarında mina partlayışları baş verib.