Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
XİN İsrailə başsağlığı verdi
 
						XİN İsrailə başsağlığı verdi
Əlavə olunub: 05.22.2025 | 10:30 | Baxılıb: 1023
Azərbaycan Xarici İşlər Nazirliyi Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşının qətlə yetirilməsi ilə bağlı bu ölkəyə başsağlığı verib.

“sirin.az” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Vaşinqtonda dəhşətli hücum nəticəsində həlak olan iki israilli diplomatın ailələrinə və İsrail dövlətinə dərin hüznlə başsağlığı veririk. Qorxu və parçalama yaratmaq məqsədi daşıyan bu qorxaq zorakılıq aktını qətiyyətlə pisləyirik”, - deyə, paylaşımda qeyd olunub.

Xatırladaq ki, bu gecə ABŞ-nin paytaxtı Vaşinqtonda İsrail səfirliyində çalışan iki nəfər güllələnərək öldürülüb. Hadisə diplomatlar Yəhudi Muzeyində keçirilən tədbiri tərk edərkən baş verib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.