Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
XİN Suriyaya başsağlığı verdi
 
						XİN Suriyaya başsağlığı verdi
Əlavə olunub: 06.23.2025 | 14:55 | Baxılıb: 1759
Azərbaycan Xarici İşlər Nazirliyi Dəməşqdə kilsədə baş verən terror aktı ilə bağlı Suriyaya başsağlığı verib.

“sirin.az” xəbər verir ki, bu barədə XİN-in “X” hesabında paylaşım edilib.

“Dəməşqdə Müqəddəs Elias kilsəsində baş verən dəhşətli terror aktını qətiyyətlə pisləyirik. Qurbanların ailələrinə və zərər çəkmiş bütün insanlara dərin hüznlə başsağlığı veririk”, - deyə paylaşımda qeyd olunub.

XİN, həmçinin paylaşımında Suriya hökuməti və xalqı ilə həmrəy olduğunu diqqətə çatdırıb.

Xatırladaq ki, iyunun 22-də törədilən sözügedən terror hadisəsi zamanı azı 25 nəfər həlak olub, daha 50 nəfər isə yaralanıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.