“sirin.az” xəbər verir ki, saat 03 radələrində Xırdalan şəhəri ərazisindəki parkda gənc oğlan bıçaqlanıb.
Xəstəxanaya çatdırılan şəxsin öldüyü məlum olub.
İlkin araşdırmalarla qətlə yetirilən şəxsin 2006-cı il təvəllüdlü Tovuz rayon sakini Elmir Şakir oğlu Axundov olması müəyyən edilib.
Hadisəni törədən şəxsin saxlanılması istiqamətində polis tərəfindən tədbirlər görülür.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma başlanıb.
***
Cinayəti törətməkdə şübhəli bilinən 2006-cı il təvəllüdlü Fərid Rəşad oğlu Məmmədov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
***
Abşeron Rayon Prokurorluğu hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, oktyabrın 15-i saat 03 radələrində 2006-cı il təvəllüdlü Elmir Bədirovun almış olduğu xəsrətdən xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırma zamanı Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 2006-cı il təvəllüdlü Fərid Məmmədovun bıçaqla Elmir Bədirova ağır xəsarət yetirməsi və sonuncunun həmin xəsarətdən müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərəçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Fərid Məmmədov rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.