“sirin.az” xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Bildirilib ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq “Əliağa Vahid” yarımstansiyasında yeni quraşdırılan 25 mVA gücündə transformator iyulun 15-də elektrik şəbəkəsinə qoşulacaq. Bununla əlaqədar olaraq saat 16:30-dan 17:30-dək Xırdalan şəhərinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Yenidənqurma işləri başa çatdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.