Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.27.2025 | 18:20 | Baxılıb: 1400
“Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi və həmin qiymətlərə nəzarətin həyata keçirilməsi Qaydası”nda dəyişiklik edilib.

“sirin.az” xəbər verir ki, bu barədə Nazirlər Kabineti qərar verib.

Qərara əsasən, əhalinin sağlamlığı baxımından xüsusi əhəmiyyət kəsb edən dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması ilə əlaqədar Tarif (qiymət) Şurası tərəfindən Azərbaycan Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin də rəyi alınacaq.

Qeyd edək ki, indiyə qədər əhalinin sağlamlığı baxımından xüsusi əhəmiyyət kəsb edən dərman vasitələrinin ölkədaxili topdansatış əczaçılıq müəssisələrinə şərti satış qiymətlərinin ilk dəfə müəyyənləşdirilməsi və ya həmin qiymətlərə yenidən baxılması ilə əlaqədar Şura tərəfindən İqtisadiyyat Nazirliyinin, Səhiyyə Nazirliyinin, Dövlət Gömrük Komitəsinin, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəyləri alınıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.