Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.06.2025 | 11:18 | Baxılıb: 2426
Bir neçə gün əvvəl səhhəti pisləşən Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradovun vəziyyəti ağır olaraq qalır.

Bu barədə “sirin.az"in sorğusuna cavab olaraq Mərkəzi Klinik Xəstəxanadan məlumat verilib.

Hazırda onun Reanimasiya və intensiv terapiya şöbəsində çoxtərəfli kompleks müalicəsi davam etdirilir.

Xatırladaq ki, Y.Muradov iki gün əvvəl Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Gülnar Əliyeva

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.