Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Yağıntılar artacaq - Bakıda çovğun xəbərdarlığı
 
						Yağıntılar artacaq 
							 - Bakıda çovğun xəbərdarlığı
Əlavə olunub: 02.20.2025 | 17:10 | Baxılıb: 16347
Hava ilə bağlı növbəti xəbərdarlıq edilib.

Milli Hidrometeorologiya Xidmətindən “sirin.az”ya verilən məlumata əsasən, ölkə ərazisində fevralın 24-ü gündüzədək qeyri-sabit və arabir yağıntılı hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. 

Fevralın 21-də Bakı və Abşeron yarımadasında gecə və səhər qarla müşahidə olunan güclü küləyin çovğun yaradacağı ehtimal olunur.

Yağıntıların ayrı-ayrı yerlərdə intensivləşəcəyi proqnozlaşdırılır. Fevralın 22-si günün birinci yarısında yağıntıda fasilə olacaq.

Havanın minimal temperaturunun Bakı və Abşeron yarımadasında 0-3, Aran rayonlarında 0-5, dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə isə 15-20 dərəcə şaxta olacağı gözlənilir.

Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimalı var.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.