Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.03.2025 | 21:00 | Baxılıb: 2044
“Barselona”nın 18 yaşlı ulduzu Lamin Yamal yenidən zədələnib.

“sirin.az” xəbər verir ki, bu barədə Kataloniya klubu məlumat yayıb.

Bildirilib ki, hadisə Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda PSJ-yə qarşı (1:2) oyun zamanı baş verib.

Klubun açıqlamasında deyilir ki, gənc futbolçu La Liqanın 8-ci turunda “Sevilya” ilə qarşılaşmada iştirak etməyəcək. Onun sağalma müddətinin təxminən 2-3 həftə olduğu bildirilir. O, “Barselona” ilə beş oyunda meydana çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə ilə komandaya dəstək olub.

Xatırladaq ki, L.Yamal cari mövsüm ərzində bundan öncə də qasıq nahiyəsindəki zədə səbəbindən bir neçə oyunu buraxmışdı.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.