Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.13.2025 | 09:27 | Baxılıb: 2964
Noyabrın 11-də paytaxtın Suraxanı rayonunda baş vermiş yanğında ölən şəxsin kimliyi müəyyənləşib.

“sirin.az” xəbər verir ki, binanın 5-ci mərtəbəsində ümumi sahəsi 75 m² olan 3 otaqlı mənzildə baş verən yanğında ölən Murad Məzahir oğlu Ağalarov Vətən müharibəsində iştirak edibmiş.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Qeyd edək ki, hadisə vaxtı mənzilin 1 otağının yanar konstruksiyaları 15 m² və mətbəxin lambirdən ibarət tavanı 4 m² sahədə yanıb.

Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.