
“sirin.az” xarici mediaya istinadən xəbər verir ki, İsibanın istefası bir çoxları üçün gözlənilən olub.
Belə ki, artıq uzun müddətdir təzyiq altında olan siyasətçi könüllü olaraq postunu tərk etməklə istefaya göndərilmək arasında seçim etməli idi.
Hazırda İsibanın postuna potensial namizədlərin adları müzakirə edilir. Həmin şəxslər arasında isə keçmiş daxili işlər naziri Sanae Takaiti və hazırkı kənd təsərrüfatı naziri Sindziro Koidzumi var.
Ekspertlərin fikrincə, 44 yaşlı Koidzumi Siqeru İsibanın cari siyasi kursunu davam etdirə bilər. Takaiti isə daha yumşaq vergi və pul-maliyyə siyasətinin tərəfdarı hesab olunur. Yeni hökumət başçısının təyin edilməsi ilə bağlı seçkilər oktyabrda keçirilməlidir, həmin vaxta qədər isə İsiba öz səlahiyyətlərini icra etməyə davam edəcək.
Onu da qeyd edək ki, 64 yaşlı Sanae Takaiti seçildiyi təqdirdə Yaponiyanın ilk qadın Baş naziri ola bilər.
Fotoda: Sindziro Koidzumi