Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 11.07.2025 | 19:23 | Baxılıb: 1414
Türkiyə milli müdafiə naziri Yaşar Güler 8 Noyabr – Zəfər Günündə keçiriləcək tədbirlərdə iştirak etmək üçün Azərbaycana səfər edib.

“sirin.az” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin “X” hesabındakı paylaşımında qeyd olunub.

Bildirilib ki, naziri Bakıda Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün və digər rəsmi şəxslər qarşılayıblar.

Qeyd edək ki, Y. Güleri səfəri zamanı Türkiyənin Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələrinin komandanı, admiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələrinin komandanı, ordu generalı Ziya Cemal Kadıoğlu və Quru Qoşunlarının komandanı, ordu generalı Metin Tokel müşayiət edirlər.


Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.