“sirin.az” “TRT Haber”ə istinadən xəbər verir ki, səfərin məqsədi İranla sərhəddə yerləşən hərbi hissələrdə yoxlanış aparmaqdır.
Bildirilib ki, Güləri bu səfərdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Gürak, Quru Qoşunları komandanı ordu generalı Selçuk Bayraktaroğlu, eləcə də digər hərbi vəzifəli şəxslər müşayiət ediblər.