Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Yaşıma uyğun yaşamağa çalışıram”
 
						“Yaşıma uyğun yaşamağa çalışıram”
Əlavə olunub: 08.16.2025 | 10:15 | Baxılıb: 2367
Türkiyənin məşhur müğənnisi Teoman açıqlaması ilə diqqət çəkib. 

“sirin.az” “Cadde”yə istinadən xəbər verir ki, sənətçi bir müddət öncə Yaxın Şərqdən gələn milyon dollarlıq konsert təklifini “Bazar günləri işləmirəm” deyərək rədd edib. Bu iddialar qısa zaman ərzində müzakirələrə də səbəb olmuşdu.

Lakin Teoman məsələ ilə bağlı bildirib ki, əslində həmin həftə çox məşğul olub:

“Onsuz da üç konsert vermişdim, birini rədd etməli oldum. Heç olmasa, “Bazar günümü mənə saxlayın” dedim. Yoxsa, sırf günlə bağlı olaraq konsert ləğv edən biri deyiləm. Artıq 25 yaşında bir musiqiçi deyiləm. Yaşıma, fiziki görünüşümə və psixi durumuma uyğun yaşamağa çalışıram”. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.