Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.28.2025 | 13:34 | Baxılıb: 1069
“Fransa Prezidenti Emmanuel Makron ölkə hərbçilərini Ukraynaya deyil, Fransa muzeylərinin qorunmasına göndərsə, daha yaxşı olardı”.

“sirin.az” xəbər verir ki, bu barədə Rusiya XİN-in rəsmi sözçüsü Mariya Zaxarova teleqram kanalında paylaşım edib.

Diplomat bununla Fransanın Makronun göstərişi ilə Ukraynaya 2000-ə qədər əsgər və zabit göndərməyə hazırlaşması ilə bağlı Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumata münasibət bildirib:

“2025-ci ilə olan məlumata əsasən, Fransada 1123 muzey var. Yaxşı olardı ki, Makron ölkədə daxili təhlükəsizliklə bağlı ağır vəziyyəti nəzərə alaraq həmin əsgərləri mədəniyyət obyektlərinin qorunmasına göndərsin”.

Xatırladaq ki, oktyabrın 19-u Fransada naməlum şəxslər Luvr muzeyinə daxil olaraq cəmi yeddi dəqiqə ərzində imperator Napoleonun kolleksiyasına daxil olan 9 əşyanı oğurlayıblar. Həmin əşyaların ümumi dəyəri 88 milyon avro qiymətləndirilir. Hadisəni törətməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.