Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.20.2025 | 22:10 | Baxılıb: 3194
Portuqaliyalı futbolçu Kriştianu Ronaldo klub səviyyəsində karyerasının 800-cü qolunu vuraraq futbol tarixində yeni rekorda imza atıb.

“sirin.az” xəbər verir ki, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 40 yaşlı hücumçu “Əl-Fateh”lə oyun zamanı klub karyerasındakı 800-cü qolunu vurub.

Xatırladaq ki, beşqat “Qızıl top” mükafatı sahibi olan vinger indiyədək “Real Madrid”, “Mançester Yunayted” (2 dəfə), “Yuventus”, “Sportinq” və hazırda oynadığı “Əl-Nəsr”də çıxış edib.

Onu da bildirək ki, futbolçunun ümumi qollarının sayı milli komanda və klub oyunları da daxil olmaqla  949-a çatıb. Onun bazar dəyəri hazırda 12 milyon avro məbləğində qiymətləndirilir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.