Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.23.2025 | 14:11 | Baxılıb: 4921
Yenicə ana olan türkiyəli aktrisa İrem Helvacıoğlu qəzaya düşüb.

“sirin.az” “Habertürk”ə istinadən xəbər verir ki, hadisə aktrisa birhəftəlik qızı Sora və həyat yoldaşı Ural Kasparla piyada gəzərkən baş verib. Belə ki, bu zaman yolda olan motosiklet avtomobilə çırpıldıqdan sonra istiqamətini dəyişərək onlara tərəf hərəkət edib və cütlüyü vurub.

Nəticədə aktrisa, əri və motosikletçi xəsarətlər alaraq xəstəxanaya yerləşdiriliblər. İremlə Urala tibbi müdaxilə edildikdən sonra evə buraxılıblar.

İ.Helvacıoğlu qəza ilə bağlı sosial şəbəkə hesabında paylaşım edərək bildirib ki, hadisə yol-hərəkəti qaydalarının pozulması nəticəsində baş verib: “Biz səkidə yeriyərkən bir motosiklet avtomobillə toqquşaraq bizə çırpıldı. Həmin anda Sora qucağımda idi, onu möhkəm qucaqladığım üçün başım üstə yerə yıxıldım. Başımdakı yaraya 10-12 tikiş atıldı. Həyat yoldaşım Ural da xəsarət aldı. Bütün bu yaşadıqlarımıza baxmayaraq, ən böyük şükür səbəbimiz qızımızı qoruya bilməyimizdir”.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.