Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Yeni qərarının səbəbini açıqladı
 
						Yeni qərarının səbəbini açıqladı
Əlavə olunub: 04.10.2025 | 11:38 | Baxılıb: 2296
ABŞ Prezidenti Donald Tramp bir sıra ölkələrə qarşı tətbiq edilən gömrük rüsumlarının hansı səbəbdən təxirə salınmasına aydınlıq gətirib.

“sirin.az” xəbər verir ki, o bu barədə “The New York Times”a danışıb. 

Onun sözlərinə görə, ABŞ vətəndaşları və sahibkarlar yeni tariflərin tətbiq edilməsi xəbərindən sonra panikaya düşüblər.

Bununla belə, Ağ Ev rəhbəri tətbiq etdiyi gömrük rüsumlarının fond bazarlarının çökməsinə səbəb olduğuna inanmır.

Xatırladaq ki, D.Tramp aprelin 3-də 185 ölkə və ərazidən ABŞ-yə idxal olunan məhsullara gömrük rüsumlarının artırıldığını elan etmişdi. Bunun ardınca, ABŞ şirkətləri də daxil olmaqla, şirkətlərin səhmlərinin genişmiqyaslı enməsi müşahidə edilib. Aprelin 9-da isə ABŞ lideri 75-dən çox ölkəyə tətbiq edilən yeni rüsumların 90 günlük dayandırıldığını açıqlayıb. Bununla belə, Çinə tətbiq edilən tariflər qüvvədə qalıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.