Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.14.2025 | 22:22 | Baxılıb: 833
ABŞ Prezidenti Donald Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammiti çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla görüşə bilər.

“sirin.az” xəbər verir ki, bu barədə Cənubi Koreyanın birləşmə naziri Çon Don Yon Yaponiya mediasına açıqlamasında deyib.

Onun sözlərinə görə, görüş Koreya yarımadasındakı sərhəd kəndi Panmuncomda baş tuta bilər:

“Açıq məlumatlar tərəflərin dialoqa hazır olduğunu göstərir. Kim Çen In əvvəlki görüşləri müsbət xatırlayır və müəyyən şərtlər daxilində Trampla yenidən danışıqlara razı ola bilər”.

Nazir əlavə edib ki, görüş ABŞ və Cənubi Koreyanın birgə hərbi təlimlərinin müzakirəsinə Trampın hazır olması halında reallaşa bilər.

Xatırladaq ki, oktyabrın 1-də Ağ Ev Trampın Şimali Koreya lideri ilə əvvəlcədən şərt qoymadan danışıqlara hazır olduğunu bəyan edib. Bundan əvvəl ABŞ rəhbəri prezidentliyinin ilk dövründə Kim Çen Inla üç dəfə görüşmüşdü.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.