Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Yetenek sizsiniz Türkiye” 7 il sonra ekranlara qayıdır
 
						“Yetenek sizsiniz Türkiye” 7 il sonra ekranlara qayıdır
Əlavə olunub: 03.15.2025 | 13:55 | Baxılıb: 2126
Türkiyənin məşhur yarışması “Yetenek sizsiniz Türkiye” ekranlara geri dönür.

“sirin.az” xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.

İş adamı, “TV8”in rəhbəri Acun Ilıcalının illərdir uğurla həyata keçirdiyi formatı bu dəfə “O3 Media” istehsal edəcək.

Proqramda ilk də yaşanacaq. Belə ki, veriliş dünyada ilk dəfə rəqəmsal platformada və “FreeTV”də birgə yayımlanacaq. Həm “NOW”, həm də “Disney Plus”da tamaşaçıların qarşısına çıxacaq.

“Yetenek sizsiniz Türkiye”nin münsiflər kürsüsündə əyləşəcək iki ad da açıqlanıb. Onlardan birinin aktrisa Eda Ece, digərinin isə aparıcı İbrahim Selim olacağı ehtimal edilir.

Qeyd edək ki, yarışma 2009-2018-ci illərdə yayımlanıb.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.