“sirin.az” xəbər verir ki, bunu “teleqraf.com”a açıqlamasında Xalq artisti Zaur Rzayevin oğlu, opera ifaçısı Azər Rzazadə deyib.
Onun sözlərinə görə, atasının ürəyində problem aşkarlanıb:
“Hazırda həkimlərin nəzarəti altındadır və müalicəsi davam edir. Ürək əməliyyatının aparılıb-aparılmayacağı isə müalicənin gedişindən asılı olaraq müəyyən ediləcək”.
Qeyd edək ki, Xalq artistinin müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb.