Sirin.az
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Zaxarovadan Kiyevə ittiham
 
						Zaxarovadan Kiyevə ittiham
Əlavə olunub: 04.03.2025 | 13:48 | Baxılıb: 1253
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Kiyevi Moskva ilə Vaşinqton arasında dialoqu pozmaq üçün terror üsullarından istifadədə ittiham edib.

“sirin.az” TASS-a istinadən xəbər verir ki, o, Kiyevin açıq terrorçu üsullardan istifadə edərək, demək olar ki, hər gün Rusiyanın enerji obyektlərinə zərbələr endirdiyini bildirib.

“Bu müddət ərzində Rusiyanın Belqorod, Bryansk, Zaporojye, Kursk, Xerson vilayətlərində və Krasnodar diyarında energetika infrastrukturu obyektlərinə zərbələr endirilib. Bütün bu zərbələr mülki infrastrukturumuza qarşı terror hücumları üçün nəzərdə tutulan Qərb silahlarından istifadə edilməklə həyata keçirilib”, - deyə, Zaxarova əlavə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.